ART-Tekstil şirkəti 2010-cu ildə yaradılmışdır və ölkəmizin mebel isyehsalçıları arasında yüksək xidmət göstərən etibarlı bir biznes-partnyor kimi tanınır. Bu vaxt ərzində bizim şirkət daim inkişaf yolundadır. Belə ki, ART-Tekstil şirkətinin nümayindələri böyük beynəlxalq tekstil və dizayn sərgilərinin daimi ziyarətçilərindəndirlər. Belə yanaşma bizə dəbin inkişaf tendensiyalardan vaxtında xəbər tutmaq və öz məhsullarımızı dünya dəbinə və standartlarına uyğunlaşdırmaq imkanı verir. Bizim assortiment davamlı olaraq ən yeni və dəbli parça və süni dəri çeşidləri ilə yenilənir. Şirkətin səlis qurulmuş sklad proqramı müştərilərimizin sifarişlərinin vaxtında çatdırılmasına xidmət edir. Bizim şirkətin Azərbaycan bazarında uğurlarının və yüksək nəticələrinin əsas səbəbləri yüksək səviyyədə təşkil olunmuş və bazarın bütün xüsusiyyətlərini nəzərə alan marketinq, ən yüksək keyfiyyətli xidmət, səlis produksiya təminatı sistemi, ən son dəbə və dünya standartlarına cavab verən məhsullardan assortimentin yaradılması, düzgün qiymət siyasəti. ART-Tekstilin mütəxəssisləri sizə zövqünüzə uyğun olan parça və süni dəri seçimində köməklik göstərəcəklər. Biz öz müştərilərimizə yalnız Türkiyənin ən yüksək keyfiyyətli məhsullar istehsal edən fabriklərin məhsullarını təklif edirik. Bizim üçün sizin zövqünüzə uyğun olan məhsulları təqdim etmək əsas prioritetlərdən biridir, lakin, əgər siz individuallığınızı qorumaq və mebellərinizin şəxsi, qeyri-adi dizayna malik olan parça və süni dəri ilə işlənməsi arzusundasınızsa, bizim sifariş sistemindən faydalanaraq, hər bir istəyinizi reallaşdıra bilərsiniz. Sifarişlərin çatdırılması 7-25 gün ərzində yerinə yetirilir. Məhsullarla tanış olmaq, mütəxəssis məsləhəti və ətraflı məlumat almaq üçün sizi ART-Tekstil şirkətinə dəvət edirik.
Telefon: 055-631-95-25/012-496-65-23
E-mail: art-tekstil@hotmail.com
Ünvan: Bakı, Nərimanov r-nu, Ə. Əliyev, 26
İş vaxtı: I-VI günlər, saat 09:00-19:00
Bizim təqdim etdiyimiz mallar dünya standartlarının bütün tələblərinə cavab verir.